Postcrossing uses cookies to help deliver its services. By using this website, you agree to its use of cookies. Learn more.

About Postcrossing

Learn all about Postcrossing.


Layihə

Layihənin məqsədi – insanlara bütün dünyadan poçt kartlarının pulsuz alınmasına imkan verir. Daha doğrusu, praktiki olaraq pulsuz! Əsas fikir belədir: Göndərdiyiniz poçt kartın əvəzinə ən azı birini geri alırsınız, dünyanın hər hansı bir ölkəsindən təsadüf postkrosserdən.

Nə üçün? Ona görə ki, nəyin layihənin müəlliflərinə, xətta bir çox insanlara da real kağız poçtun alınması həzz gətirir. Yer kürrəsinin hər hansısa ekzotik bir ölkədən (bəlkə çoxsunun adını Siz heç eşitməmisiz də) sürpriz kimi olan poçt kartları sizin poçt qutunuzu bir sürprizlər qutusuna çevirə bilər – olarmı ki, bu kiminse xoşuna gəlməsin?


 

Bu necə işləyir?

Birinci, qısaca:

  1. ünvanı saytdan əldə edirsiz
  2. həmin ünvana poçt kartı göndərirsiz
  3. sizə göndərilən poçt kartı gözləyirsiz
  4. alınmış poçt kartı sistemə qeyd edirsiz

İlk atdım poçt kartı göndərəcəyiniz istifadəçinin ünvanını saytdan əldə etməkdir. Alıcının ünvanını və poçt kartın eyniləşdirmə nömrəsini – İD (misal: AZ-1668) e-mail vasitəsi ilə alacaqsınız. Poçt kartın eyniləşdirmə nömrəsi poçt kartınızı sistemdə tanınmasına imkan verir.

Bundan sonra poçt kartın eyniləşdirmə nömrəsini aydın bir şəkildə poçt kartın üzərinə yazaraq onu göndərə bilərsiz. Bu, alıcıya sizin poçt kartınızı Postcrossing saytında qeyd edilməsinə imkan verəcək. Bu da, Sizi poçt kartı göndərmək üçün ünvan tələb edən postcrosserin ekranında görünəcək növbəti adam edəcək.

Siz eyni zamanda yolda olan 5 poçt karta qədər göndərə bilərsiz. Hər bir poçt kartınız saytda alıcı tərəfdən qeydə alınandan sonra siz dərhal yeni poçt kartınızı növbəti alıcıya göndərə bilərsiz. Eyni zamanda göndərilən poçt kartların sayı ümumi göndərdiyiniz poçt kartların sayından asılı olaraq çoxalır!

Hələ də suallar qalıb? Buyurun yardım bölümünə və ya foruma.

Translated by member Beaplince.